NEQATİV TEXNOLOGİYALAR ÖLÜM SAÇIR

           Qərbin gözlə görünməyən və xəlvəti tətbiq edilən iki “texnologiyası” barədə açıq danışmaq və dünya xalqlarını xəbərdar etmək lazımdır. Gizli hazırlanmış və aşkar tətbiq edilən bu “texnologiyalar” hansılardır?  Bunlar aşağıdakılardır:

  1. Münaqişə ocaqları yaratmaq  yolu ilə  silah satmaq;
  2. Kapital tutumlu müntəzəm tədbirlərə sövq etməklə iqtisadi inkişafı zəiflətmək.

Hər iki texnologiya müstəqillik qazanmış və inkişaf etməkdə olan dövlətlərdə tətbiq olunur.

Birinci texnologiya- Münaqişə ocaqları yaratmaq  yolu ilə  silah satmaq texnologiyası, biri-birilə qonşu olan dövlətlər arasında, hətta bir ölkə içərisində münaqişə ocaqları yaratmaqla, onu müharibə həddinə çatdırmaq və hər iki tərəfə silah-sursat satmaq  məqsədinə xidmət edir. Bu antibəşəri texnologiya, 1947-ci ildə, “gələcəkdə müharibələrə yol verməmək” məqsədilə Birləşmiş Millətlər Təşkilatı yaradıldıqdan sonra, hərbi-sənaye kompleksi yaratmış dövlətlərdə “düşünülmüşdür”. Bu texnologiya Koreyada, Vyetnamda, Konqoda, Həbəşistanda, Yaxın Şərqdə, “Ərəb baharı” ölkələrində və keçmiş SSRİ ərazisindəki müstəqil dövlətlərdə çox böyük uğurla həyata keçirilmiş və keçirilməkdədir. Bu münaqişələr zəminində satılan silah-sursatlar həmin “təşkilatçı” ölkələrə milyardlar qazandırmışdır və bu reallığı (faktı) heç kəs inkar edə bilməz. Hər şey gözlə görünməsə də, reallıqdır və ortalıqdadır.

İkinci texnologiya- Kapital tutumlu  müntəzəm tədbirlərə sövq etməklə iqtisadi inkişafı zəiflətmək texnologiyası, keçən əsrin 60-cı illərində müstəmləkə əsarəti ləğv edildikdən sonra, müstəmləkəçi dövlətlər tərəfindən “düşünülmüşdür.” Bu texnologiya, özünün iqtisadi və sosial təsirinə görə heç də “münaqişə yaratmaq” texnologiyasından geri qalmır. Çünki super güclərin təsiri, təşviqi və təzyiqi sayəsində belə dövlətlərdə iqtisadi, sosial, elm, mədəniyyət, idman və s. sahələr üzrə çox böyük həcmli, kapital və inzibati əmək tutumlu möhtəşəm (beynəlxalq səviyyəli) və müntəzəm tədbirlər həyata keçirilir ki, bu da həmin ölkələrin sakinlərinə çatacaq vəsaitlərin əllərindən alınmasına və ölkə iqtisadiyyatının zəiflədilməsinə xidmət edir.

 

Ağasəf İMRAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir