Neft emalı zavodu vuruldu

Neft emalı zavodu vuruldu

ELAZ.İNFO xəbər verir ki, “LUKOYL”un Nijni Novqaroddakı neftayırma zavodu da Ukrayna pilotsuz uçuş aparatları ilə dağıdılıb.

Ukrayna dronları Nijni Novqorod vilayətinə zərbə endirib. Rusiyanın ən böyük neft emalı zavodlarından biri hədəf alınıb.
İyulun 2-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları ilə Nijni Novqorod vilayətinə hücum edilib. Vilayət qubernatoru Qleb Nikitinin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri 30 dronu vurub, lakin onların qalıqları sənaye obyektinə və bir neçə yaşayış binasına ziyan vurub.
Rəsmi məlumata əsasən, bir nəfər həlak olub, daha dörd nəfər isə yaralanıb.
Hücumun hədəfi Kstovo şəhərində yerləşən “Lukoyl-Nijeqorodnefteorqsintez” neft emalı zavodu olub.
Bu müəssisə Rusiyada emal gücünə görə dördüncü, benzin istehsalının həcminə görə isə ikinci ən böyük neft emalı zavodudur.

Aydan

Bizi izləyin və paylaşın