Müslüm Maqomayevin 84-cü ildönümü qeyd olunur

Müslüm Maqomayevin 84-cü ildönümü qeyd olunur

ELAZİNFO xəbər verir ki, Azərbaycanın musiqi tarixində xüsusi yeri olan Müslüm Maqomayevin anadan olmasının 84-cü ildönümü tamam olub.

Bu münasibətlə I Fəxri xiyabanda sənətkarın xatirəsi yad edilib. Mərasimdə mədəniyyət nümayəndələri, tanınmış sənət adamları və Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya iştirak ediblər. Sənətkarın məzarı ziyarət olunub və üzərinə gül dəstələri qoyulub.

Tədbirdə çıxış edənlər Müslüm Maqomayevin Azərbaycan musiqisinin tanıdılmasında mühüm rol oynadığını və onun yaradıcılıq irsinin bu gün də böyük maraqla qarşılandığını bildiriblər.

Qeyd edək ki, Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti fəxri adlarına layiq görülüb və zəngin yaradıcılığı ilə milyonlarla dinləyicinin yaddaşında iz qoyub.

Əfsanəvi sənətkar 25 oktyabr 2008-ci ildə vəfat edib. O, Bakıda I Fəxri xiyabanda dəfn olunub.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın