ELAZ.İNFO xəbər verir ki, İsrailin müdafiə naziri “Hizbullah” liderinin etdiklərinin hesabını başı ilə ödəyəcəyini deyib
İsrail mediasının xəbərinə görə, bu barədə müdafiə naziri İsrael Katz həlak olmuş hərbçilərin və terror qurbanlarının anım gününə həsr olunmuş mərasimdə bildirib ki, “İsrailin Livanda apardığı kampaniyanın əsas məqsədi “Hizbullah”ı tərksilah etmək və ölkənin şimal bölgələrinə təhlükəni tam aradan qaldırmaqdır”.
O deyib ki, “Hizbullah”a qarşı əməliyyat hərbi və diplomatik tədbirlərin kombinasiyası vasitəsilə həyata keçirilir.
Katz qeyd edib ki, İsraillə Livan arasında atəşkəs qüvvəyə minsə də, İsrail qüvvələri Livanın cənubunda qalmaqda davam edir və zərurət yaranacağı təqdirdə, sərt addımlar atılacaq: “Əgər təhlükə yaranarsa, qoşunlarımız tam gücdən istifadə edəcək”.
N.B
