Müasir İran dövlətinin müttəfiqi kimdir?


Bu gün dünyada vəziyyəti cətinləşdirən amillərdən biri də deyilən yalan xəbərlər, yayılan yalan informasiyalardır.
Adətən, söz, fikrləri bildirmək üçün ifadə edilir. Əvvəllər informasiyalar yox dərəcəsində idi. İnsanlar heç nə bilmirdi. Təxminən son 100 ildə infornasiya hər gün sürətlə artıb. Bu məlumatların mütləq böyük əksəriyyəti həqiqətləri gizlətmək üçün və ya baş vermiş hadisələrin nəticələrini səbəb kimi göstərmək üçün verilir. İnsanlar kütləvi olarq aldadılır və bütün xalqın inamından öz çirkin, məkirli məqsədləri üçün istifadə olunur.
2026-cı ilin fevralın 27-dən müharibə aparan İran, ABŞ, İsrail rəhbərlərinin nə deməsini bir yana qoyub, bu dövlətlərin hərəkətlərinə diqqət edək.
İraq 1948,1967,1973- illərdə İsrailə qarşı müharibə aparıb. İran isə bir neçə ildən sonra 1980-ci ildə İraqa qarşı 8 illik müharibəyə başladı. Bu müharibə zamanı İsrail İrana silah yardımları edirdi. Bu müharibə 20-ci əsrdə ən uzun müharibə olub. İraq daha İsrailə qarşı çıxa bilmədi. Bunun kimə xeyri oldu? İsrailə!
Suriya İsrailə qarşı dörd dəfə müharibə edib. Suriyanı zəiflətmək üçün İran Bəşər adı ilə Suriyaya girdi və 500 min sünni təriqətindən olan din qardaşlarımızı öldürdü. Suriyanı zəiflətdi. Bu gün də İran Suriyanı bommalayır. Böyük güclər buna susur. Bunun kimə xeyri olur? İsrailə!
Livan İsrailə qonşudur. İran Livanda Hizbullahı yaradaraq Livanı zəiflətdi. Buna görə də Livan İsraillə qarşı-qarşıya gələ bilmir. Bunun kimə xeyri var? İsrailə!
Yəmən 1948-ci ildə İsrailə qarşı ordu göndərdi. Bu zaman İran burada Husiləri yaratdı və ölkədə qüvvəlri üç hissəyə bölərək Yəməni zəiflətdi. Bunun kimə xeyri oldu? İsrailə!
Misir 1973-cü ildə İsrailə qarşı dörd dəfə müharibə aparıb. Misir İsrailə ən böyük məğlubiyyət yaşadan ölkədir. Bu zaman İran Misirdə sui-qəst təşkil etdi. Xomeyni hakimiyyətə gələndən sonra İran bütün ərəb ölkələrində Misirə qarşı nifrət oyatdı. Misir hakimiyyətini zəiflətdi və İsrailə qarşı hərəkət edə bilmədi. Bunun kimə xeyiri oldu? İsrailə!
M. Qəddafi 1973-cü ildə milyardlarla dollar və döyüş təyyarələrini Misirə və Suriyaya verib. Sonra 2011-ci ildə Liviyada vətəndaş müharibəsi təşgil olundu. İran Liviyaya da öz qrupunu göndərdi. Suriyada olduğu kimi Liviyada da şiə polislərinə dəstək verdi. Liviyanı zəiflətdi və o İsrailə qarşı çıxa bilmədi. Bunun kimə xeyiri oldu! Yenə də İsrailə!
İran, Rusiya Çeçen müharibəsində Rusiyanı, ABŞ Əfqanıstandan müharibəsində ABŞ-ı, Azərbaycan Ermənistan müharibəsində Ermənistanın yanında oldu. İran hər zaman xristian dövlətlərini müdafiə edir.
Bu gün dünyada baş verən hadisələrdən və İranın hərəkətlərindən aydın olur ki, İranın növbəti hədəfi Səudiyyə Ərəbistanı və Pakistan olacaq. Son zamanlar İran, İsrail və ABŞ-a hücum adı ilə Səudiyyə Ərəbistanını rakeylərlə vurur. Buna ABŞ, İsrail susur.
Mətbuatdan aydın olur ki, fevralın 27 də başlayan ABŞ, İsrail İran müharibəsində İran atdığı raketlərin 80%-dən çoxunu müsəlman ölkələrinə atıb. Yaxında olan ABŞ gəmilərini vurmur. (?) İsrailə atdığı raketləri elə atır ki, ya boş sahələrə düşür, ya da İsrail bunları asanlıqla zərərsizləşdirə bilir. Bütün bunlar təsadüf ola bilməz.
İranı bu gün idarə edən Sepah, İran xalqının vətənpərvərlik və dini hisərindən sui-istifadə edib, İran xalqlarına və dövlətinə xidmət etmir. İranın müstəqilliyinə, İslam dünyasının birlihinə xidmət etmir. İranda real hakimiyyətdə olanların hamısı, hər zaman ABŞ-a xidmət edir. İran fars dövləti yarandığı 101 ildə ancaq xarici güclərin təsiri altında olaraq onların geosiyasi müharibələrinə uyğun siyasət aparıb. Məntiqi olaraq belə bir nəticəyə gəlmək olur ki, Ə.Xomeyni Rusiya təsiri altına keçdiyinə görə, onu yox etdilər. Sepa, Ali dini rəhbəri ailəsi ilə birlikdə öldürülməsindən sonra, ABŞ-la ümumi dil tapıb, yenə də İran ABŞ güc mərkəzinə xidmət edir. Ölkədə minlərlə insanların ölümü, dövlətin həqiqi müstəqilliyi, insanların azad xoşbəəxt həyatı onları qətiyyən maraqlandırmır. Onlar əsas, xarici güclərlə münasibətlərini qoruyur və onlara xidmət edir. Bütün bu hadisələrin mənası, məntiqi olaraq belə düşünməyə əsas verir.
Daha sözə yox, əmələ diqqət edək. İranın əməlləri göstərir ki, o ABŞ-ın, İsrailin müttəfiqidir. ABŞ böyük geosiyasi mübarizəsində, İrandan “alət” kimi istifadə edir və bu aləti daha çox özündən asılı vəziyyətdə saxlamaq üçün siyasət aparır.
Bütün bu hadisələrin bünövrə səbəbini bilmək üçün, bu gün mövcud olan İran milətci dövlətin yaradılmasına qısa nəzər salaq.
Məlumdur ki, İran adlı fars dövləti İngiltərənin xüsusi cəsusları tərəfindən 1800-cü ildən başlayaraq öz geosiyasi maraqları üçün uzun müddətə hesabanmış plan üzrə Azərbaycan xaqının qurduğu Qacarlar dövlətinin içində farslaşdırma siyasəti aparıblar. (1800-1925) Bu syasəti Qacarlar dövlətində 15 dekabar 1925 ci ildə məxməri inqilab edərək, hakimiyyəti 4 il şah olmaq təlimləri keçdiklər Rzaya verməklə başa çatdırdılar.
Sual olunur nəyə görə İngiltərə Qacar şahları ilə işləmək istəmədilər? Onsuz da Qacar şahlarının hamısı (Ağa Məhəmməd şah Qacardan başqa) İngiltərə və Rus generalları ilə yaxşı münasibətlərini saxlayırdılar. İnformasiya müharibəsi elə ardıcıl aparılmışdı ki, Qacar şahları İngilis generallarından asılı vəziyətə düşmüşdülər.
Məhəmmədəli Şah Qacarı 32 yaşda İngiltərə məmurları onu hakimiyyətdən uzaqlaşdırdı. Şah, ölkədə 1905-1911 illərdə xalqın azadlıq mübarizəsinə qoşulmadı. Daha doğrusu iradəsi, geosiyasi təfəkkürü yox idi. Özünə sual vermirdi ki, İngilis məmurların mənim sarayımda nə işi var? Məhəmmədəli şahın əli ilə Səttər xana, Bağır xana hücum edib Azərbaycan Türklərinin İranda hakimiyyətinin bərpa olunmasına mane oldular. Sonra da xalqı sakitləşdirmək üçün şahı qovdular və 11 yaşlı oğlu Əhmədi, şah etdilər.
İngilis cəsusları nəyə görə Azərbaycan şahları ilə iş görmədilər və Azərbaycan Türklərinin min illik hakimiyyətini farslara verdilər? Çünki İngiltərə Türklərin xasiyyətini, psixalogiyasını yaxşı öyrənmişdilər. Azərbaycan Türklərinin heç vaxt uzun müddət “öyuncaq” dövlətə sahib olmaq istəməyəcəklərini bilirdilər. Ona görə də birdəfəlik Qacarlar dövlətində hakimiyyəti farslara verdilər və onlara qədim tarix də uydurub yazdılar.
Ağa Məhəmməd Şah qacara Şuşada məkirli güclərin fitvası ilə öz içimizdən olan xainlərin şərəfsiz hərəkətinin, sui-qəsdinin açı nəticəsini, bu gün də yaşamaqdayıq!
İran fars dövləti, İngilis cəsuslarının öz məqsədləri üçün yaratdığı rejimdir.
İranın küçələrində Amerikaya ölüm, İsrailə ölüm deyərək qışqıran insanlar, mətbuatda məmurların çıxışları, bir-birini hədələməsi, şərtlərini bir-birinə elan etməsi, bütün bunlar sadəcə görüntüdür. Xalqıdan, beynəlxalq almdən əsas məqsədlərini gizlətmək üçündür. Sepah, İranı yaxşı idarə etmək üçün, Xarici məkirli güclər əlində yaxşı vasitədir. Bu dəhşətdir! Ona görə də İran millətçi dövlət yarandığı 101 ildə heç bir Türk və müsəlman dövlətləri ilə müttəfiq olmayıb.
İran XİN-i çıxışında Hörmüz boğazının açılmasının üç şərtini açıqlayıb. Dəniz blakadasını aradan qaldırmaq. İranın dondurulmuş aktivlərini geri qaytarmaq. müharibəni dayandırmaq. Bu şərtlərin ABŞ və İsrailə heç bir ziyanı yoxdur. Bu, sadəcə “böyük oyunun bir səhnəsidir.”
Əgər ABŞ planlaşdırdığı bütün işləri həll etsə, İranda müharibə dayanacaq. Hadisələrin gedişi göstərir ki, ABŞ-a, İngiltərəyə mane olan nə varsa və ya hansı ölkə varsa ABŞ bunu da İranın əli ilə və ya digər “müttəfiqləri” ilə həll etmək yollarını düşünür.
Təhlükəli oyunlar davam etməkdədir. Son günlər ABŞ İran təyyarələrinin uçuşuna icazə verən ölkələrə sanksiya tətbiq edəcəyini bildirib. Normal ticarət edən ölkələr nə etsin? İran təyyarələrinə icazə versə, ABŞ-ın maliyyə sanksiyaları ilə, verməsə, ABŞ-a xidmət edən Sepah-ın raketləri ilə vurulmaq risqi ilə üzləşir. Bu da ABŞ-ın İrandan istifadə edərək dünyada gərginliyi davam etdirir. Bu, ABŞ-ın geostrateji planının tərkib hissəsidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin TDT-nın, Qafqazın və İslam aləminin din xadimlərinin nümayəndələri ilə görüşündə bütün İslam dünyasına bəyan etdi. “Bizim dinimizə qarşı, İslam aləminə qarşı elan olunmamış müharibə gedir. Təxribatlara qarşı biz birliyimizi ortaya qoymalıyıq.” Prezident bütün İslam dünyasını birliyə çağırdı!
Son günlər Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bağlanan Məkkə sazişi, ümumi birliyimizə xidmət edən və gələcəkdə məkirli siyasətin qarşısını kəsməyə yönələn böyük hadisədir.
İran xalqları artıq öz siyasi düşüncəsini inkişaf etdirməlidir! Böyük və qədim bir diyar xarici məkirli güclərin əlində “alət” olmamalıdır! Buna İran xalqı son qoyacaq! İran xalqları birləşin, İranda Azərbaycan Türklərinin xain siyasətlə əlindən alınan hakimiyyətini bərpa edin! Bu, İran xalqlarının xilas yoludur!
Tahir Ələkbərov





