Bəli, bəli dərziyə!
Soruşa bilərsiniz, bəs nə üçün dərzi?
İstənilən düz parçanı dərziyə verərsən, o isə ölçər, biçər və istənilən formada tikərək sənə təhvil verər. Dərzinin ustalığı vurduğu tikişdən bilinər. O ki, qaldı məhsulun keyfiyyətinə, bu parçanın, yəni sifarişçinin verdiyi xammalın keyfiyyətindən asılıdır.
Təhsil də belədir, sifarişçi(cəmiyyət və yaxud dövlət) ustaya(müəllimə) hansı keyfiyyətdə xammal(şagird) verərsə, sonda da o keyfiyyətdə məhsul təhvil götürəcəkdir. Burada müəllimin ustalığı şagirdi müəyyən ölçü və biçimə sala bilmə bacarığındadır, lakin onun sahib olduğu əsl keyfiyyətini nə artıra, nə də azalda bilməz! Eynilə dərzi kimi…
Roman Tağıyev