Hökümə Əliyeva!
Hamımız öləcəyik. Hər kəs öləcək. Ancaq sənin umut və həyat çağrışdıran səsin bu dünyada sonsuza qədər qalacaq. Günlərdir, sənin umut çağrışdıran səsinə göz yaşlarımla qulaq asaraq bir şeir yazmaq, bir musiqi bəstələmək istəyirəm. Yaza və bəstələyə bilmirəm. Ancaq həyatımda bu qədər yüksək səslə hönkür-hönkür ağladığımı xatırlamıram.
Ölüm yoluçuluğundakılara “Hər şey yaxşı olacaq” söyləyən o gözəl səsinlə qəlbimizdə yaşayırsan. Gözəl xanım, ölümlə saniyyələr qədər arası olan insanlara həyat duyqusu çağrışdıran gözəl səsin unudulmayacaq. Mənim üçün bulvarlarda, ormanlarda sənin üçün göz yaşlarımı axıtmaq qalır ki, bunu böyük insanlara verdiyim dəyər kimi anlayıram. Titrəyən əllərim, gözlərimdəm fışqıran göz yaşlarım və ürəyimdə çağlayan ağrılarla sənə bir şeir yazmaq, bir musiqi bəstələmək istədim, Yazdım və bəstələdim. Ancaq heç birisi sənin son nəfəsində başqalarına umut dolu həyat duyqusu çağrışdıran səsinə qarşılıq olmadı. Yanaqlarımı yandıran göz yaşlarımın hərarəti nə zaman musiqi və şeirə dönüşəcək, bunu bilmirəm. Bəlkə də heç vaxt.
Gözəl xanım, sən bir gözəllik və umut səsi olaraq hər zaman və sonsuza qədər varlıqda qalacaqsan.
Güntay TÖLGE- Ərdəbil
