Donald Tramp:- “Dünya gəmiləri, mühərriklərinizi işə salın. Neftin axmasına icazə verin”

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılacağını və blokadanın qaldırılacağını bildirib. Razılaşmanı təsdiqləyən İran Livanın da bura daxil olduğunu açıqlayıb.

ELAZ.İNFO xəbər verir ki, Şərifin razılaşmanı elan etməsindən sonra ABŞ Prezidenti Donald Trampda açıqlama verdi. Tramp söylədi ki, “İranla razılaşma artıq tamamlandı”.

Tramp razılaşmadan sonra Hörmüz boğazının pulsuz açılacağını və ABŞ-ın blokadasının qaldırılacağını açıqladı. Tramp bildirib ki, “Dünya gəmiləri, mühərriklərinizi işə salın. Neftin axmasına icazə verin”.

ABŞ prezidenti İrana heç bir nağd pul verilməyəcəyini qeyd edərək, sanksiyaların potensial olaraq qaldırıla biləcəyini bildirib.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın