Leyla Əliyeva Masallıda qədim Cümə məscidini ziyarət edib

​Leyla Əliyeva məscidin tarixi, memarlıq xüsusiyyətləri və hazırkı vəziyyəti ilə yaxından tanış olub, ibadət üçün yaradılan şəraitlə maraqlanıb. Qeyd olunub ki, Masallı Cümə məscidi yerli əhali üçün mühüm dini və mədəni əhəmiyyət kəsb edən mərkəzlərdən biridir.

ELAZ.İNFO xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bölgələrə səfərləri çərçivəsində Masallı rayonunda olub. Səfər zamanı o, Masallı şəhərinin mərkəzində yerləşən tarixi Cümə məscidini ziyarət edib.

​Səfər çərçivəsində səmimi və isti atmosferdə keçən ziyarət, Leyla Əliyevanın Azərbaycanın bölgələrindəki tarixi və mədəni irsə, eləcə də dini dəyərlərə olan diqqət və qayğısının növbəti təzahürüdür.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın