İran və ABŞ arasında mesaj mübadiləsi dayandırıldı

İran və ABŞ arasında mesaj mübadiləsi hazırda dayandırılıb.

ELAZ.İNFO xəbər verir ki, İranın Fars Xəbər Agentliyinin İran-ABŞ danışıqlar prosesi ilə tanış olan mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Trampın İranla danışıqların davam etdiyi barədə açıqlamasına baxmayaraq, danışıqlar bir neçə gündür dayandırılıb və İranın ABŞ-a son mesajı İsrailin hücumlarını davam etdirdiyi Livanla bağlı olub.

Parlament sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Arakçi də daxil olmaqla, İran rəsmiləri dünən Livanda hücumların dayandırılmasının İran və ABŞ arasında müvəqqəti atəşkəsin bir hissəsi olduğunu və İranın da qarşılıqlı şəkildə cavab verəcəyini bildiriblər.

Bununla yanaşı, İran Hörmüz boğazını tamamilə bağlamağı və Bab əl-Məndəb boğazı da daxil olmaqla, digər cəbhələri aktivləşdirməyi düşünür.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın