İmişli şəhər Uşaq İncəsənət məktəbində “İstedadların harmoniyası” adlı “Son zəng” tədbiri keçirilib

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli şəhər Uşaq İncəsənət məktəbində 2025/2026-cı tədris ilinin məzunları üçün “İstedadların harmoniyası” adlı “Son zəng” tədbiri baş tutub. Tədbir başlamazdan öncə ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayon üzrə nümayəndəsi Nazim Əzimov çıxış edərək, məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Sonda məzunların ifasında maraqlı nömrələr səsləndirilib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın