ABŞ və İran arasında genişmiqyaslı razılaşma: Yaxın Şərqdə yeni dövr?

ABŞ və İran arasında əldə olunması gözlənilən sülh sazişi təkcə bu iki ölkəni deyil, həmçinin İsrail, Livan və Fars körfəzi ölkələrini də əhatə edəcək.

ELAZ.İNFO xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens jurnalist Megin Kelliyə verdiyi müsahibədə məlumat verib. Vitse-prezidentin sözlərinə görə, bu sənəd “əsl regional sülh sazişi” kimi nəzərdə tutulub və Fars körfəzi ölkələri, İsrail və Livanı da əhatə edəcək. ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqton və Tehran arasında 60 günlük atəşkəs barədə razılığa gəldiklərini təsdiqləyiblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması gözlənilir.

Bu sazişin regiondakı mövcud gərginliyi azaltmaq və qalıcı sülhə nail olmaq üçün strateji addım olduğu bildirilir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın