"İspaniya Argentina matçı"

İspaniya və Argentina ilk hissədə cəmi 3 zərbə vurdu

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il FIFA Dünya Çempionatının final matçı (İspaniya — Argentina) unikal və sönük bir statistika ilə tarixə keçib. Nyu-Cersidəki “MetLife” stadionunda keçirilən qarşılaşmanın ilk yarısında komandalar hücum xəttində gözləniləndən qat-qat zəif performans nümayiş etdiriblər.

ELAZ.İNFO xəbər verir ki, İspaniya və Argentina yığmaları oyunun ilk 45 dəqiqəsində qapıya ümumilikdə cəmi 3 zərbə endirməklə dünya çempionatlarının final oyunları tarixində ilk hissələr üçün mütləq antirekord müəyyənləşdiriblər. Buna qədər dünya çempionatlarının finalında ən az zərbə qeydə alınan ilk hissələr yenə də Argentinanın iştirak etdiyi matçlara təsadüf etmişdi: DÇ-2014 (Almaniya — Argentina): İlk hissədə 6 zərbə. DÇ-2022 (Argentina — Fransa): İlk hissədə 6 zərbə.

2026-cı ilin finalında isə bu göstərici yarıbayarı azalaraq 3-ə düşüb. Diqqətçəkən əsas məqam isə ondan ibarətdir ki, son dünya çempionu Argentina komandası və onun kapitanı Lionel Messi ilk 45 dəqiqə ərzində rəqib qapısına ümumiyyətlə heç bir zərbə endirə bilməyib. İspaniya isə topa sahib olma faizində (64%) üstün tərəf olsa da, yalnız hissənin sonlarına yaxın Mikel Oyarzabal və Mark Kukurelyanın ifasında təhlükəli zərbələrlə yaddan qalıb. Qeyd edək ki, qolsuz başa çatan (0:0) ilk hissənin ardından stadionda Madonna, Şakira, Castin Biber və BTS qrupunun iştirakı ilə 27 dəqiqə davam edən böyük bir musiqili şou keçirilib. İkinci hissədə də gərgin və bol sarı vərəqəli mübarizə davam edir.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın