ELAZ.İNFO– Şərh
İran-ABŞ danışıqlarının növbəti raundu 11 iyulda başlamalıdır, amma ehtimal ki, təxirə salınacaq. Çünki:
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ümumiyyətlə, mən bu danışıqların perspektivinə inanmıram. Hər iki tərəf üçün təcili lazım olan şərtə qarşılıqlı əməl olunur: İran boğazı bağlamır, ABŞ dəniz blokadasını bərpa etmir. Çünki:
![]()
![]()
![]()
![]()
Buna görə də nə qədər qarşılıqlı ittihamlar, təhdidlər, arabir atışmalar olsa da bu şərtlərə əməl olunur. Növbəti şərtlərin icrası gözləyə də bilər.
ABŞ üçün vacibliyinə görə 2-ci dərəcəli olan şərt İranın nüvə proqramını dayandırması, zənginləşdirilmiş uranını təhvil verməsidir. Danışıqlar yolu ilə bu şərtin icrası qeyri-real görünür. Ona görə yox ki, İran bu məsələdə heç bir güzəştə getmək istəmir – məsələnin tarixçəsi göstərir ki, İran güzəştə getməyə hazırdır. Problem ABŞ tərəfindədir. Çünki İran nüvə proqramı məsələsində güzəştə getməsi üçün ABŞ-dan 4 iqtisadi xarakterli şərti yerinə yetirməyi tələb edir:
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Bu tələblərin icrası, faktiki olaraq, ABŞ-ın məğlubiyyətini qəbul etməsinə bərabərdir. Buna görə də danışıqlar üçün müəyyən olunmuş 60 günlük müddət (17 avqustda bitir) ərzində bir şeyə nail olunacağına inanmıram. Bəs müddət bitdikdən sonra nə olacaq – hərbi əməliyyatlar yenidən başlayacaq? Xeyr, çünki ABŞ-ın buna imkanı yoxdur. Deməli, danışıqlar müddəti uzadılacaq.
Arada atəşkəs pozula, boğaz bağlana bilər, amma ABŞ eskalasiyanı elə yüksəltməyəcək ki, boğaz tam bağlansın.
Bu minvalla danışıqlar azı gələn ilin fevralına qədər uzanacaq.
Bir sözlə, İran azı fevraladək ABŞ-ı boğazına keçirtdiyi iplə idarə edəcək.
Asif ŞƏFƏQQƏTOV


