bu gün hava necə olacaq?

Bu gün hava necədir?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. 

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 19-23° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25°, bəzi yerlərdə 27-29° isti olacaq.

Bizi izləyin və paylaşın