Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə Yeni Direktor Təyin Olundu


Ölkəmizdə peşə təhsilinin modernləşdirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində növbəti kadr təyinatı reallaşıb.
ELAZ.İNFO xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi direktorunun müvafiq əmrinə əsasən, Şaban Cəərçiyev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
Yeni təyin olunan rəhbər müəssisənin kollektivinə rəsmən təqdim edilib. Təqdimat mərasimində peşə təhsili müəssisələrinin fəaliyyətinin günün tələblərinə uyğunlaşdırılması, əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması və tədris prosesinin keyfiyyətinin daha da artırılması ilə bağlı qarşıda duran strateji vəzifələr diqqətə çatdırılıb.
Ruslan MƏMMƏDOV





