Avroviziya-2027” Üçün Əlavə 4,8 Milyon Avro Vəsait Ayırdı


Bolqarıstan hökuməti 2027-ci ildə Burqas şəhərində keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinin təşkili və hazırlıq işlərinə əlavə 4,8 milyon evro maliyyə vəsaiti ayırıb.
ELAZ.INFO xəbər verir ki, bu barədə Bolqarıstan Nazirlər Kabinetinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Hökumətin bəyanatında bildirilir ki, ayrılan əlavə vəsait müsabiqənin yüksək səviyyədə təşkili, sınaq tədbirlərinin keçirilməsi və “Arena Burqas” sarayının texniki baxımdan tam hazır vəziyyətə gətirilməsi üçün nəzərdə tutulub:
“Bu miqyasda beynəlxalq tədbirin reallaşdırılması böyük təşkilati, logistik və texniki hazırlıq tələb edir. Beynəlxalq təcrübə göstərir ki, ‘Avroviziya’ kimi möhtəşəm müsabiqələr milli televiziya, ev sahibliyi edən şəhər rəhbərliyi və təhlükəsizliyi tənzimləyən, maliyyə dəstəyi verən hökumətin sıx tərəfdaşlığı ilə həyata keçirilir”.
Bolqarıstan Milli Televiziyası və Avropa Yayımları Birliyi (EBU) tərəfindən 71-ci “Avroviziya” mahnı müsabiqəsinin ev sahibi kimi Qara dəniz sahilində yerləşən Burqas şəhəri seçilib. Rəsmi qurumlar bundan əvvəl də hazırlıq mərhələsi üçün 20 milyon avro vəsait ayırmışdı. Yarımfinallar 11 və 13 may, böyük fənal isə 15 may 2027-ci il tarixində baş tutacaq. Bolqarıstan bu hüququ 2026-cı ildə Vyana şəhərində keçirilən yarışmada müğənni Daranın (DARA) ifa etdiyi “Bangaranga” mahnısı ilə qazandığı möhtəşəm qələbə sayəsində əldə edib. Müsabiqə ölkə tarixində ilk dəfə Bolqarıstanda təşkil olunacaq.
Ruslan MƏMMƏDOV





