Vaşinqtonda Mühüm Hərbi Görüş


Latviya beynəlxalq müdafiə texnologiyaları bazarında mövqelərini gücləndirir. ABŞ-ın Vaşinqton şəhərində keçirilən AUSA (Association of the United States Army) illik hərbi sərgi və konfransı çərçivəsində Latviyanın yüksəksəviyyəli rəsmi nümayəndələri və aparıcı şirkətləri ABŞ-ın hərbi-sənaye nəhəngləri ilə bir araya gəliblər.
ELAZ.İNFO xəbər verir ki, Latviya Müdafiə Nazirliyinin Dövlət Katibi Ayris Rikveylis (Airis Rikveilis) və Latviyanın ABŞ-dakı səfiri Elita Kuzma sərgidə iştirak edən Latviya biznes nümayəndə heyəti ilə görüşüblər. Sərgidə Latviyanın innovativ texnologiyalarını və hərbi potesialını təmsil edən əsas şirkətlər sırasına aşağıdakılar daxildir:
SAF Tehnika — Mikrodalğalı məlumat ötürülməsi, simsiz rabitə və ixtisaslaşdırılmış sensorlar.
LMT (Latvijas Mobilais Telefons) — 5G hərbi texnologiyaları, döyüş sahəsi rabitəsi və innovativ həllər.
ARiTeh — Mühəndislik və xüsusi hərbi-texniki həllər.
LEAD. Korporatīvā komunikācija — Strateji kommunikasiya və korporativ əlaqələr.
AGM Orthopaedics — Hərbi təbabət, travmatologiya və ortopedik tibbi avadanlıqlar.
LAT Security — Taktiki təhlükəsizlik həlləri və mühafizə sistemləri.
Latviya şirkətlərinin AUSA sərgisində iştirakı ölkənin müdafiə sənayesinin innovativ potensialını nümayiş etdirmək, beynəlxalq tərəfdaşlarla birbaşa əlaqələr qurmaq və yeni bazarlara çıxış əldə etmək baxımından müstəsna əhəmiyyət kəsb edir.
Dövlət Katibi Rikveylis və səfir Kuzma sənaye kooperasiyası, birgə texnoloji layihələr və investisiya imkanlarını müzakirə etmək üçün ABŞ-ın aparıcı müdafiə və yüksək texnologiya şirkətlərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçiriblər.
Anduril Industries & Palantir Technologies (Süni intellekt, komanda-idarəetmə proqramları, avtonom sistemlər).
General Dynamics & Textron (Zirehli texnika, döyüş aviasiyası və artilleriya həlləri).
AEVEX Technologies & Redwire Space (PUA sistemləri, kəşfiyyat texnologiyaları və kosmik infrastruktur).
Ruslan MƏMMƏDOV
Görüşlərin əsas diqqət mərkəzində Latviyanın texnoloji imkanlarını ABŞ sənayesi ilə əlaqələndirmək, kommersiya tərəfdaşlıqlarını genişləndirmək və Latviyanın müdafiə sənayesi bazasını möhkəmləndirməklə NATO-nun kollektiv təhlükəsizliyinə töhfə vermək dayanır.





