“Mançester Siti” İlə Çempionlar Liqası Möhtəşəm Oyun Alındı!”


Fransanın “Pari Sen-Jermen” (PSJ) klubunun rusiyalı qapıçısı Matvey Safonov UEFA Çempionlar Liqasının ümumi mərhələsində İngiltərənin “Mançester Siti” klubuna karşı keçirdikləri qarşılaşma barədə təəssüratlarını bölüşüb.
ELAZ.INFO xəbər verir ki, 27 yaşlı qapıçı şəxsi Telegram kanalında azarkeşlərinə müraciət edərək oyundan böyük zövq aldığını bildirib UEFA Çempionlar Liqasının ümumi mərhələsinin II turu çərçivəsində keçirilən matçda PSJ səfərdə “Mançester Siti”ni 4:2 hesabı ilə məğlub edib. Bütün 90 dəqiqəni meydanda keçirən Matvey Safonov oyun ərzində rəqibin 8 təhlükəli zərbəsini dəf edərək qələbədə böyük pay sahibi olub.
“Hər kəsi qələbə münasibətilə təbrik edirəm. Mənə elə gəlir ki, super-matç alındı. Şəxsən mənim çox xoşuma gəldi, inanılmaz dərəcədə maraqlı oyun idi. Hər kəsə gecəniz xeyrə qalsın deyirəm, PSJ-yə azarkeşlik edən hər kəsə təşəkkür edirəm”, — deyə Safonov qeyd edib.
Turnirə möhtəşəm start verən Paris təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb: I Tur: PSJ öz meydanında Slovakiya “Slovan”ını 6:1 hesabı ilə darmadağın edib. II Tur: Səfərdə “Mançester Siti” üzərində 4:2 hesablı parlaq zəfər. Növbəti Oyun: PSJ oktyabrın 20-də öz meydanında İspaniya nəhəngi “Barselona”nı qəbul edəcək.
Ruslan MƏMMƏDOV





