Ev şəraitində ən sadə üsulla bir həftəyə ca “yox” demək mümkündür

15.10.2026

ELAZ.İNFO redaksiyası oxucularımızın xahişini və mövzunun vacibliyini nəzərə alaraq, müsahibimizin yaşadığı gerçək həyat hekayəsini və bu yolda qazanılan canlı təcrübəni təqdim edir. (Yazıdakı adlar şərtidir).

“30 il özümü ‘sabah saxlayacam’ yalanı ilə aldatdım…” Əslində hər şey sentyabr ayının 25-də dəyişdi. Qızımın ad günü idi, bu da içmək üçün ən gözəl bəhanələrdən biri idi. Mən tam 30 il idi ki, hər gün öz-özümə söz verirdim:

‘Bu sonuncudur, sabahdan içməyəcəm’, ‘Bu ad gününü də yola verim, sonra dayandıracam’, ‘Bu qonaqlıq keçsin, vəssalam’. Sən demə, bunların hamısı insanın özü-özünü aldatması imiş. Bütün bunlar alkoqolizmin insan beyninə caladığı, iradəni ifliç edən fəsadlar imiş. İnsan başa düşməlidir ki, asılılıqdan qurtulmaq üçün ‘münasib vaxt’ və ya ‘mükəmməl gün’ yoxdur. Qərar anidən və kəskin verilməlidir. Sentyabrın 25-də mən məhz o ani qərarı verdim: ‘Bəsdir, bura qədər!'”


Uğurun təməl şərti: Dırnaqarası “kruq”dan və mühitdən ayrılmaq…
Müsahibimiz Kamran (adı şərtidir) xüsusi vurğulayır ki, kəskin qərar verdikdən sonra atılmalı olan ilk və ən vacib addım oturub-durduğun dırnaqarası “kruq”dan, yəni köhnə mühitdən və içki dostlarından uzaqlaşmaqdır: “Alkoqoldan uzaqlaşmaq istəyən insan bilməlidir ki, mübarizə yalnız bədənlə bitmir. Əsas qərar həmin o dırnaqarası ‘kruq’dan ayrılmaqdan keçir. Birinci növbədə həmin ətrafa ‘yox’ deməyi bacarmalısınız. Əgər birbaşa deyə bilmirsinizsə, müxtəlif bəhanələrlə — ‘işdəyəm, vaxtım yoxdur’, ‘evdə qonaq var’, ‘səhhətimlə bağlı məşğulam’ deyib o məclislərdən kənarda qalmalısınız. Narahat olmayın, cəmi bir həftə sonra o ‘dostlar’ artıq sizi axtarmayacaq. Çünki siz daha onların masasında axtardıqları o adam deyilsiniz. Bu həqiqəti qəbul etmək insana daxili azadlıq verir.”


Bədəndə nə baş verir? Təzyiq, baş ağrıları və terapevt nəzarəti
Kəskin qərardan və mühitdən uzaqlaşdıqdan sonra orqanizmdə ciddi bərpa və təmizlənmə mərhələsi başlayır:
Təzyiqin nəzarətdə saxlanması və həkim müraciəti: Alkoqolu kəsən kimi bədəndə təzyiq oynamağa başlayır. İlk növbədə mütləq bir terapevtə müraciət edib vəziyyəti izah etmək lazımdır. Həkimin yazdığı təzyiq həbini (tabletkanı) təzyiqin olub-olmamasından asılı olmayaraq, hər gün səhər yeməyindən sonra qaydalara uyğun atmaq vacibdir. Bu, damarları infarkt və insult riskindən qoruyur.


İllərlə alkoqola öyrəşmiş damarlar spirtin təsirindən çıxanda kəskin spazm keçirir. Başda, gicgahlarda və boyun arxasında sıxıcı ağrıların yaratıcısı məhz bu damar gərginliyidir. Bu, xəstəlik deyil, bədənin zəhərdən təmizlənmə sancısıdır.
Qaraciyəri lüzumsuz dərmanlarla yükləməmək: Bu keçid dövründə qaraciyər özünü çox sürətli şəkildə bərpa etməyə və hüceyrələrini yeniləməyə başlayır. Əgər həkim xüsusi bir vasitə yazmayıbsa, qaraciyəri lazımlı-lazımsız əlavə dərmanlarla yükləməyə heç bir ehtiyac yoxdur. Təbii bərpa prosesinə imkan yaratmaq və ağır yeməklərdən qaçmaq kifayətdir.
Mədəni və beyni yormamaq: Həzmə asan, yüngül pəhriz yeməklərinə üstünlük verilməlidir. Məsələn, yüngül yürüşlər qan dövranını tənzimləyir, amma bədən həddindən artıq yorğundursa və fiziki hərəkət istəmirsə, özünüzü Məcburən yükləməməli, dincəlməyə üstünlük verməlisiniz.


“Bədənim təmizlənib, amma beyindəki psixoloji mübarizə davam edir”
Artıq oktyabrın 15-i olduğunu bildirən müsahibimiz hazırkı vəziyyətini belə ifadə edir:
“Bu gün oktyabrın 15-idir və mən tamamilə alkoqoldan uzağam. Hətta fiziki olaraq meylim, iştahım da içki istəmir. Amma bir həqiqət var ki, beynimdə ‘alkoqol istəyirəm’ fikri ilə hələ də mübarizə aparıram. Bu, sırf psixoloji bir prosesdir və insan bunu öz daxilində tənzimləməyi, iradəsi ilə həmin fikrə qalib gəlməyi bacarmalıdır.
Bütün bunlarla yanaşı, yaxın gələcəkdə siqareti də tamamilə eyni qaydada və iradə ilə tərgitməyi planlaşdırıram.”
Ən əsası odur ki, bu yola addımlamaq üçün əsas öz qərarınız sonra isə, ailənizdən kömək istəməyə utanmayın. Bu çox vacibdir burda utanacaq heç bir şey yoxdurş Bu da bir xəstəlikdir! Bu yolda özünüzdən sonra ailənizin, əzizlərinizin rolu az deyil.


Elaz.info redaksiyasından oxuculara yeni fürsət:
Əgər bu yolu real yaşamış insanın canlı təcrübəsini öyrənmək, onunla həmsöhbət olub şəxsi məsləhətlərini almaq və ya suallarınızı vermək istəyirsinizsə, Elaz.info xəbər saytına müraciət edərək şərti adı Kamran olan müsahibimizin mobil nömrəsini əldə edə bilərsiniz.
Ayrıca, oxucularımızın böyük marağını nəzərə alaraq, müsahibimizin növbəti mərhələdə yaşadığı təcrübələri, siqareti tərgitmə prosesini və bədənin tam bərpa olunması yollarını əks etdirən ikinci hissəni də yaxın günlərdə təqdim edəcəyik.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁28