Paytaxt, Sumqayıt Və Abşeron Sakinlərinə ŞAD XƏBƏR


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə oktyabr ayının pensiya ödənişləri tam həyata keçirilib.
ELAZ.İNFO xəbər verir ki, vətəndaşlar ödənilən pensiya məbləğlərini müvafiq bank kartları vasitəsilə bankomatlardan əldə edə bilərlər. Bölgələr Və Güzəştli Şərtlərlə Pensiya Alanlar Üzrə Qrafik Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə oktyabr ayının pensiya ödənişi oktyabrın 7-də uğurla yekunlaşdırılıb.Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin oktyabr ayı üzrə pensiyalarının ödənilməsi də ay ərzində nəzərdə tutulmuş qrafikə uyğun olaraq həyata keçiriləcək.
ELAZ.İNFO





