Fəsil şeir fəslidir- Cəvahir ƏSƏDOVA

14.10.2026

YAŞA, AZƏRBAYCANIM


Bayrağının rəngi dəniz boyda dalğalansın,
Xəzər gözəl rəngini göylərə yaysın.
Rənglərin ahənginə dünya heyrətdə qalsın,
Vətənim qüdrətlənsin, ünü aləmə çatsın,
Yaşa, Azərbaycanım, qüdrətin sönməz olsun!
Azərbaycan sözünə alqış səsi ucalsın,
Sərvətin, nemətin bol, bərəkətin var olsun.
Hər zərrə sərvətin arxasında dağ olsun,
Oğlun-qızın bəxtiyar, azad böyüsün.
Yasa, Azərbaycanım, qüdrətin sönməz olsun!
Ay boyda, günəş boyda başımda tac var,
Azərbaycan adında qalam var, kəşkəşanım var.
Bu Vətənin qızıyam, namım var, şöhrətim var.
Nə yaxşı belə ölkəm, belə Vətənim var.
Yaşa, Azərbaycanım, qüdrətin sönməz olsun!

YAĞIŞ YAĞIR


Yağış yağır, hava soyuq…
Pozub bürün planları,
sanki evə qatıb bütün dünyanı,
bir otağa sığışdırıb arzuları,
düşüncələri…
Dəyişdirib bütün əhvalı,
ruhunu, ovqatını…
Əlində isti çay,
buxarlanır dalğa – dalğa…
Xatirələr canlanır,
alır səni, uzaqlara aparır…
Dünyanı gəzdirir,
qəriblikdə olanlarla görüşdürür,
xəyalında qovuşdurur…
Bir az həzin, bir az romantik anları,
ayrılığı, həsrəti xatırladır…
Yağış yağır…
Elə hey yağır..
Damlalar gizli aləminə,
ürəyinə, qəlbinə,
sirlərinə toxunur…
Yağış yağır…yağır…
Elə hey yağır…
Bu anlar heç bitməsin,
yağışla davam etsin…
Xatirələr, duyğular
yağışla rəqs etsin…

SİRLİ HƏYAT


Nə qədər sual da versən,
Bu həyatın sənə cavabı olmaz,
Baxdığın dünyanın rəngi dəyişməz,
Nə qədər sən ona ağ- qara baxsan.
Əgər könlündəkin gizli tutarsan,
Baxdığın güzgüdə səni göstərməz.
Nə qədər özünü bütöv də sansan,
Qırılan güzgüdə min parçalanarsan.
Bu həyatın qaydası bu, gərdişi bu
Sirrini açmadan ötüb gedəcək.
Göylərə çıxsan da, yerə ensən də,
Həyat öz sirrini gizli tutacaq.

Bizi izləyin və paylaşın
👁20