Ətin üzərinə vurulan möhür kimyəvi tərkiblidir?

-“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür, həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada yoxlanıldığını təsdiq edir. Mənə bir neçə rayonda deyiblər (hətta göstəriblər) ki, bu möhür üçün kimyəvi məhluldan (çerneldən) istifadə olunur”.

ELAZ.İNFO xəbər verir ki, bu fikirlər hüquq müdafiəçisi Sahib Məmmədova məxsusdur.

Sahib Məmmədov özünün sosial şəbəkə hesabında yazıb ki, “Belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur. Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır. Qaynadanda hətta ətin suyu göy rəngə çevrilir. Halbuki möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır”.

Hüquq müdafiəçisi onu da vurğulayıb ki, “Bu barədə AQTA ictimaiyyətə məlumat versəydi, yaxşı olardı”.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın