Donald Tramp:- “İki ölkə arasındakı atəşkəs qüvvədə qalır”

Bu gün ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-nin İrandakı hədəflərə endirdiyi zərbələrə baxmayaraq iki ölkə arasındakı atəşkəs qüvvədə qalır.

ELAZ.İNFO xəbər verir ki, Trampın bu açıqlamasından sonra bu gün dünyanın aparıcı xəbər kanalları bu məlumatları yayımladı:

Fox News: ABŞ ordusu İranın Qəşm limanına və Bəndər Abbasa zərbələr endirib.

Tasnim: -Hörmüz boğazı yaxınlığında üç ABŞ esminesi İran Hərbi Dəniz Qüvvələri tərəfindən raket və dronlarla vurulub.

Mehr: -ABŞ İran Hərbi Dəniz Donanmasının Minabdakı bazasına hücum edib.

SEPAH: -ABŞ İran tankerinə hücum edərək atəşkəsi pozub.

CENTCOM: -ABŞ ordusu Hörmüz boğazından keçən esmineslərinə olunan hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın