ELAZ.İNFO xəbər verir ki, “Formula-1” yarışlarının təşkilində 398 min manatlıq yeyintiyə görə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin keçmiş şöbə müdiri Çingiz Mehdiyevə bu gün şərti cəza istənilib.
Prokuror on gün öncə məhkəmədə Çingiz Mehdiyevə 10 il həbs cəzası istəmişdi.
Bu gün keçirilən məhkəmə prosesində isə prokuror istəyində kəskin dəyişiklik edib. Bu dəfə dövlət ittihamçısı Ç.Mehdiyevin həbs edilməməsini, ona şərti cəza verilməsini istəyib.
Çingiz Mehdiyev həbsdə olmasa da, bir ilə yaxındır ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Martın 13-də keçirilən məhkəmə iclasında Çingiz Mehdiyevin vəkili yeyinti nəticəsində dövlətə vurulmuş ziyandan 298 min manatın ödənildiyi barədə sənəd təqdim edib. Daha 100 min manat da istintaq dövründə ödənildiyindən, cinayət işində göstərilən 398 min manatlıq ziyan tam ödənilmiş sayılıb.
10 gün öncə Çingiz Mehdiyevə 10 il həbs cəzası verilməsi təklifiylə çıxış edən prokuror Orxan Səmədov ziyan ödənildiyinə görə məsləhətləşmədən ötrü məhkəmədən vaxt istəyib. Bir müddət öncə onun sağlamlığında problemlər yarandığı əsas gətirildiyindən prosesə yeni prokuror qoşulub. Yeni prokuror da Çingiz Mehdiyevə 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza verilməsini istəyib.
Vəkil NURLAN