Mordaşovun yaxtası Hörmüzdən keçib: Yaxtanın qiyməti 500 milyon dollardır

Mordaşovun Putinlə yaxın əlaqələri var

Hörmüz boğazında gəmi hərəkəti dayandırılarkən, Rusiya superyaxtası boğazdan keçib. Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri ilə tanınan və Rusiyanın ən böyük polad və mədən şirkətinin rəhbəri Aleksey Mordaşova məxsus “Nord” adlı superyaxta Dubaydan Omanın paytaxtı Maskat şəhərinə səyahət edib.

ELAZ.İNFO xəbər verir ki, Ukrayna müharibəsindən sonra beynəlxalq sanksiyalarla üzləşən rus milyarderin yaxtası boğazdan keçən azsaylı özəl gəmilərdən biri idi.

Bu keçid Tehran və Moskva arasında diplomatik təmaslar zamanı baş verdiyi üçün diqqətəlayiq idi. Rusiya prezidenti Putin Rusiyada İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Görüş zamanı Putin “İran xalqının Amerika və İsrail təzyiqlərinə qarşı suverenliyi uğrunda cəsarətlə mübarizə apardığını” və Rusiyanın İranın və regiondakı digər ölkələrin maraqları naminə hər şeyi edəcəyini bildirib.

HÖRMÜZ BOĞAZINI KEÇƏN SUPERYAXTIN HADİSƏLƏRLƏ ZƏNGİN TARİXİ

Rusiyalı oliqarx Mordaşova məxsus 142 metrlik superyaxtın təxminən 500 milyon dollar dəyərində olduğu deyilir. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi zamanı sanksiya siyahısına salınan Mordaşovun yaxtası sanksiyalardan yayınmaq üçün uzun bir səyahətə çıxmalı olub. Yaxta Rusiyanın şərqindəki Vladivostoka, daha sonra Cənubi Koreyaya və nəhayət Maldiv və Seyşel adalarına səyahət edib.

Bildirilir ki, superyaxt bu qaçış səyahətində təxminən 12.000 kilometr məsafə qət edib və tam sürətlə hərəkət edərkən yalnız yanacağa 465.000 dollar xərcləyib.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın