Sudanlı qaçqın, həkim Əlsadiq Əhməd Həməd Yəhya (Dr. Alsadig Ahmed Hamed Yahya) 10 ildən artıqdır ki, Çadın şərqində yerləşən Farçana (Farchana) Xəstəxanasında pasiyentlərin müalicəsi ilə məşğuldur.
ELAZ.İNFO xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) təqaüd proqramı sayəsində həkimlik təhsili alan Əlsadiq 2013-cü ildən Farçana Xəstəxanasında fəaliyyət göstərir. Sudanda davam edən zorakılıqlardan qaçaraq Çada pənah gətirən yeni ailələrin axını fonunda onun missiyası bu gün hər zamankından daha böyük əhəmiyyət kəsb edir. Hazırda Farçana Xəstəxanasında 80-dən çox uşaq kəskin qida çatışmazlığı (yetersiz bəslənmə) səbəbindən təcili müalicə alır. Lakin humanitar maliyyələşmənin azalması bu kimi həyati vacib səhiyyə xidmətlərini ciddi təhlükə altına qoyur. Dr. Əlsadiq qaçqınların ehtiyac duyduqları tibbi yardımı almağa davam etmələri üçün daha çox tibb işçisinə və dayanıqlı dəstəyə ehtiyac olduğunu bildirir.
Ruslan MƏMMƏDOV


