Bütün mədəniyyətlərin toplumu, xalqın ümumi mədəniyyəti deyilmi?

Mədəniyyəti teatra, mahnı və rəqsə bağlamaq kimi “klassik” düşüncəyə son qoymaq vaxtı deyilmi?!

Əsrimiz informasiya əsridir. Qloballaşma, beynəlxalq inteqrasiya amilləri cəmiyyəti sürətlə dəyişdirir və internet kimi nəhəng bir kommunikasiya şəbəkəsinin yaranması dövlətləri, sərhədləri və bütün digər klassik anlayışlarla yanaşı mədəniyyətləri də təsnifləşdirir və unifikasiya edır (eyniləşdirir). Bu baxımdan, yeni yanaşmalar və mütərəqqi yeniliklər meydana çıxır ki, bunları görməmək və nəzərə almamaq geriyə doğru addımlamaq deməkdir.

Bizim Mədəniyyət Nazirliyimizdə hər hansı bir “biznes mədəniyyəti”, “işgüzarlıq mədəniyyəti”, “tikinti mədəniyyəti”, “davranış mədəniyyəti” və yüzlərcə belə tədbirlərdən heç olmasa bircə tədbir keçirilibmi?

Misal üçün “şəhərsalma mədəniyyəti” və yaxud “tikinti mədəniyyəti” mövzusunda hər-hansı bir tədbir-konfrans, simpozium, seminar, müsabiqə və s. keçiribmi? Əlbəttə yox! Onlar, bəlkə də, belə hesab edirlər ki, bunların Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur! Çünki, klassik düşüncə tərzi buna imkan vermir və onlar belə hesab edirlər ki, hər sahə öz işi ilə məşğul olsa, daha yaxşıdır. Yəni, tikinti mədəniyyəti, Tikinti idarəsinin işidir!

Cənablar! Axı zaman dəyişib, baxışları, düşüncələri, təsəvvürləri dəyişmək zamanı deyilmi?

P.S. Bütün mədəniyyətlərin toplumu, xalqın ümumi mədəniyyəti deyilmi?

Ağasəf İMRAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir