ELAZ.İNFO xəbər verir ki, “TRİZUB” lazer dron tutan maşını! istehsal edir.
Sosial şəbəkədə Ukraynanın dronları vurmaq üçün nəzərdə tutulmuş “Trizub” lazer silahının görüntüləri yayımlanıb.
Onun istehsalçısı olan Celebra Tech “Мілітарний” nəşrinə bildirib ki, lazer kompleksi son sınaq mərhələsindən keçir və ictimai təqdimata hazırlanır.
Celebra Tech-in məlumatına görə, “Trizub” düşmənin kəşfiyyat pilotsuz aparatlarını 1500 metrədək məsafədə vurmağa qadirdir. FPV-dronların məhv edilməsinin effektiv məsafəsi isə 800–900 metr təşkil edir. Ümumilikdə “Trizub” 5 km məsafədəki hədəfləri vurmaq imkanına malikdir ki, bu da Shahed tipli PUA-ların effektiv şəkildə məhv edilməsinə imkan verəcək.
Təkmilləşdirmələr zamanı hazırlayıcılar sistemə süni intellekt əsaslı əlavə tuşlama, hədəflərin avtomatik aşkarlanması və izlənməsi, həmçinin düşmən obyektlərinin hərəkət trayektoriyalarını dəqiq müəyyən etmək üçün radarlarla inteqrasiya funksiyalarını da əlavə ediblər.
Nəriman Abdinov
