ELAZ.İNFO xəbər verir ki, Azərbaycanlı qadın sahibkarlar Almaniyada təcrübə mübadiləsi səfərində iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın xüsusi müxbiri Elvin Mövsüm Berlindən xəbər paylaşıb.
Azərbaycanın qadın sahibkarları Berlin şəhərində keçirilən təcrübə mübadiləsi səfərində iştirak ediblər.
“Resource HUB”ın təşkilatçılığı ilə baş tutan səfərdə icma mərkəzlərinin də nümayəndələri iştirak edib. Səfərin əsas məqsədi qadın sahibkarlığının inkişafı, Almaniyada qadın sahibkarlığı modellərinin öyrənilməsi, icmaəsaslı təşəbbüslərin gücləndirilməsi və Azərbaycan ilə Almaniya arasında gələcək əməkdaşlıq imkanlarının müzakirə edilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Almaniyanın müxtəlif dövlət qurumları, akademik institutları, biznes və sahibkarlıq mərkəzləri ilə görüşlər keçiriblər. Görüşlərdə qadınların iqtisadi güclənməsi, qadın sahibkarlığı ekosistemi, icmaəsaslı inkişaf, həssas qrupların əmək bazarına çıxışı və təsiryönümlü sahibkarlıq modelləri müzakirə olunub.
Aydan
