Azərbaycanla ABŞarasında tərəfdaşlıq müzakirə edilib


ELAZ.İNFO
xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovla ABŞ-ın Dövlət Katibinin köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Nazir Kaleb Orra “Bakı Enerji Həftəsi”ndə iştirak etdiyinə görə təşəkkürünü bildirib. “Bakı Enerji Həftəsi” çərçivəsində enerji sahəsində imzalanan sənədlərin Azərbaycan-ABŞ enerji tərəfdaşlığının yeni mərhələdə inkişafının göstəriciləri kimi dəyərləndirilib. Azərbaycan və ABŞ arasında enerji sahəsində əməkdaşlığın strateji xarakter daşıdığı, neft-qaz sektorunda uzun illər ərzində formalaşmış tərəfdaşlığın ikitərəfli münasibətlərin mühüm seqmenti olduğu vurğulanıb. ABŞ-nin dəstəyi ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələrin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi qeyd edilib.

Aydan

Bizi izləyin və paylaşın