Azərbaycanda ailə statistikası:

Azərbaycanda ailə statistikası: 6 ayda 19 mindən çox nikah bağlanıb

ELAZ.İNFO xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanda ailə münasibətləri ilə bağlı diqqətçəkən statistika açıqlanıb.

Yanvar-iyun aylarında ölkə üzrə 19 224 cütlüyün nikahı rəsmiləşdirilib.

Eyni zamanda, hesabat dövründə 9 776 ailənin boşanması rəsmən qeydə alınıb.

Beləliklə, ilin ilk altı ayında qeydə alınan nikahların sayı boşanmaların sayından təxminən iki dəfə çox olub.

Açıqlanan rəqəmlər Azərbaycanda ailə quruculuğu və boşanmalarla bağlı vəziyyətin cari ilin ilk yarısındakı mənzərəsini ortaya qoyur.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın