Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17.08.2026

ELAZ.İNFO  xəbər verir ki, Azərbaycanda bu ilin ilk yarısında çoxdöllü doğuşlarla bağlı diqqətçəkən statistika açıqlanıb.

Yanvar-iyun aylarında ölkə üzrə 1 420 əkiz və 57 üçəm doğulub. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, göstəricilər Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələrində, eləcə də “ASAN xidmət” mərkəzlərində qeydə alınan doğum məlumatları əsasında formalaşdırılıb.

Çoxdöllü doğuşlar demoqrafik statistikanın maraq doğuran göstəricilərindən biri hesab olunur.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁3