Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülqədəm Mirzəzadə Fəxri Diplomla təltif olunub

22.07.2026

ELAZ.İNFO xəbər verir ki, 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülqədəm Mirzəzadə Azərbaycan Jurnalistlər Birliyi tərəfindən jurnalistika sahəsində səmərəli fəaliyyəti, milli mətbuatın inkişafına və milli-mənəvi dəyərlərin təbliğinə verdiyi töhfələrə görə Fəxri Diplomla təltif edilib.

Təltif Gülqədəm Mirzəzadənin uzunillik jurnalistlik fəaliyyəti, milli mətbuatın inkişafına verdiyi töhfələr, publisistik yaradıcılığı və milli-mənəvi dəyərlərin təbliği sahəsində xidmətlərinə görə təqdim olunub.

Gülqədəm Mirzəzadənin məqalə və publisistik yazıları müxtəlif dövrlərdə “Ədəbiyyat”, “Gündoğar”, “Ulutürk Dünyası”, “525-ci qəzet”, “Kredo” qəzetlərində, eləcə də “Vətəndaş Cəmiyyəti”, “Milli Strategiya”, “Xoşməramlı Səfir”, “Qalibiyyət və Zəfər” və “Pressdent” jurnallarında dərc olunub.

Müəllifin yazıları Azərbaycanla yanaşı, Özbəkistan, İraq-Türkman, Qazaxıstan, Qırğızıstan və Türkiyə mətbuat orqanlarında da oxuculara təqdim edilib. Gülqədəm Mirzəzadə qələmi ilə xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin tarixinin, mədəniyyətinin və Türk dünyasının ortaq ədəbi-mədəni irsinin təbliğinə mühüm töhfələr verib.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və İraq-Türkman Yazıçılar birliklərinin, eləcə də Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Gülqədəm Qaraman Mirzəzadəni bu əlamətdar mükafat münasibətilə təbrik edir, yaradıcılıq və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq.

Aydan

👁 450
Teqlər: