151 ildir mətbuatımız xalqımıza xidmət edir

ELAZ.İNFO

Bu gün Azərbaycan Respublikasında mətbuat günüdür. Artıq 151 ildir mətbuatımız xalqımıza xidmət edir. Bu gün mətbuatımızın qarşısında dayanan vəzifələr də dəyişib, tamam başqa hədəflərdir. Artıq mətbuat insanlara yazıb oxumağı, xalqa, vətənə, dövlətə baglı olmaq düşüncələrini aşılamaq məqsədlərini güdmür. Bu gün mətbuatımız müstəqil, güclü, regionda və dünyada öz çəkisi, nüfuzu, mövqeyi olan bir dövlətin mətbuatıdır. Mətbuatımız ölkədə dördüncü hakimiyyət kimi qəbul olunur.


Bu gün mətbuatımızın əsas vəzifəsi xalqımızın, dövlətimizin mövqeyini olduğu kimi həm ölkə daxilində, həm də bütün dünyada insanlara operativ çatdırmaqdır. Mətbuat bu gün yüz illərlə saxtalaşdirilıb beyinlərə “doldurulan” yalan tarixi hadisələri gerçək tarixi faktlarla əvəz etmək uğrunda, həm də müasir tariximizdə, bu günümüzdə olan tarixi hadisələri dünyaya yaymaq uğrunda mübarizə aparmalıdır. Mətbuat ölkədə beşinci və altıncı kalon üzvlərini də araşdirmalı və onları ifşa edib yox etməkdə dövlətin əsgəri olmalıdır. Bilirsiz ki, dünyada, o cümlədən bizə qarşı da fasiləsiz informasiya müharibəsi aparılır. Bu müharibədə qalib olmaq üçün bütün mətbuat bir ordu kimi bir cəbhədə döyüşməlidir. İnformasiya müharibəsində qalib olan, bütün cəbhələrdə, ideoloji, diplomatiya, siyasi və hətta geosiyasi cəbhədə qalıb olmaq şansını yüz faizə yaxınlaşdırır. Bu gün mətbuatın işi çox çətindir. Mətbuat işçiləri tək dilimizi yox, həm də xarici dillərdən heç olmasa birini də bilmək, heç olmasa bir xarici dili oxuyub anlamağa məcburdur. Mətbuat işçisi həm də tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı bilməlidir.

Zəngin tariximizin xranalogiyasinı bilməlidir. Mətbuat birbaşa insanların düşüncəsinin, fikrinin mövqeyinin dəyişməsinə təsir edir. Mətbuatın işinin nəticəsi zaman keçdikcə görünür. İnformasiyanın zərərli təsirini tarixdə xalqımız çox görüb. Sonuncu böyük dövlətimiz olan Qacarlar dövləti Ağa Məhəmməd Şah Qacardan sonra 125 ildə (1800-1925) ölkə içində məkirli dövlətlərin cəsusları ideoloji, informasiya müharibəsini elə ustalıqla və elə ardıcıl aparıblar ki, hətta o zaman bizim ziyalılar da bu informasiya hücumlarının toruna düşüb, fars olduqlarını deyirdilər. İnformasiya müharibəsinin gücünə baxın! Min illərin Azərbaycan Türklərinin dövlətcilik məkanı olan Qacarlar dövləti farslaşdırıldı. 1925 çi il 15 dekabrda ölkədə məxməri inqilab edib hakimiyyəti farslara verdilər. Bu bütün xalqın faciəsi idi.Qacarlar dövlətimiz fars dövlətinə çevrilib xarici güclərə xidmət etməyə başladı. Bu gün İran xalqının faciələrinin, İran dövlətinin xarici güclər tərəfindən “alət” olaraq istifadə olunmasının, və Azərbaycan xalqının ikiyə bölünməsinin əsasi, bax bu informasiya hücumları ilə qoyulmuşdur! Bu gün informasiya müharibəsi daha böyuk güclə aparılır. Biz tarixdə ona görə uduzduq ki, belə bir informasiya savaşının olduğundan ümumiyyətlə xəbərimiz belə yox idi.

Ona görə də xarici məkirli güclər bizə asanlıqla qalib gəliblər. Bu gün mətbuat, dövlətlərin mövqelərinin möhkəmlənməsində və güclənməsində xüsusi önəm daşıyır. Məhz ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev 4-çü dəfədir Şuşa Beynəlxalq Mətbuat Forumunda üç saat gerçəkləri dünyaya bəyan edir. Mətbuatın aktiv fəaliyyəti bu gün daha çox önəmlidir. Ölkəmizdə olan bütün mətbuat orqanlarına və bütün mətbuat işçilərinə bu şərəfli, çətin və olduqca önəmli işlərində uğurlar arzulayıram. Mətbuatımızın uğuru, birbaşa bütün xalqımızın, vətənimizin və dövlətimizin uğurudur!

Bizi izləyin və paylaşın