ELAZ.İNFO xəbər verir ki, NATO-nun Baş katibi Mark Rütte ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Avropadakı hərbi bazaların mühüm logistik rol oynadığını açıqlayıb.
Onun sözlərinə görə, əməliyyatlar çərçivəsində ABŞ qüvvələri Avropa bazalarından təxminən 5 min hərbi uçuş həyata keçirib. Rütte bildirib ki, bu fakt ABŞ ilə Avropa müttəfiqləri arasında müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir.
NATO Baş katibi qeyd edib ki, Avropa ölkələri Alyans çərçivəsində üzərlərinə düşən öhdəlikləri yerinə yetirir və ABŞ-ın təhlükəsizlik sahəsində fəaliyyətinə mühüm dəstək verir.
Rütte bu açıqlaması ilə ABŞ-ın NATO müttəfiqlərindən uzaqlaşdığı barədə səsləndirilən iddiaların reallığı əks etdirmədiyini vurğulayıb. Onun fikrincə, Avropa ilə ABŞ arasında hərbi koordinasiya və logistika sahəsində əməkdaşlıq əvvəlki kimi davam edir.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı son əməliyyatları zamanı Avropadakı bir sıra hərbi bazalardan istifadə olunması beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bəzi Avropa ölkələrinin rəsmiləri isə bazalardan istifadənin mövcud ikitərəfli sazişlər və NATO öhdəlikləri çərçivəsində həyata bildiriblər.
Natəvan Bəydili


