ELAZ.İNFO xəbər verir ki, ABŞ Nümayəndələr Palatasında İran müharibəsi ilə bağlı növbəti mühüm səsvermə keçirilib.
“The Guardian” yazır ki, konqresin aşağı palatası prezident Donald Trampın İran ərazisində hərbi əməliyyatları davam etdirmək səlahiyyətini məhdudlaşdırmağa yönəlmiş qətnaməni yenidən dəstəkləyib.
Səsvermə 220 lehinə, 204 əleyhinə səslə nəticələnib.
Qətnamənin prezident tərəfindən təsdiqlənməsi gözlənilmir. Bununla belə, sənəd Vaşinqtonda İran müharibəsinin davam etdirilməsi ilə bağlı siyasi fikir ayrılıqlarının qaldığını göstərir.
ABŞ-da müzakirələrin əsas mövzularından biri prezidentin hərbi əməliyyatlarla bağlı səlahiyyətlərinin sərhədləri və Konqresin bu prosesdə rolu olaraq qalır.
Günel GÜNTAC


