ELAZ.İNFO xəbər verir ki, Rusiyada Ukraynanın “Pauçina” əməliyyatı ilə əlaqələndirilən şəxslərlə bağlı məhkəmə qərarı diqqət çəkib.
Moskva Şəhər Məhkəməsi əməliyyat zamanı pilotsuz aparatların buraxılması üçün istifadə edildiyi bildirilən yük maşınlarının sürücülərindən dördünün həbsdə saxlanılması barədə qərarı uzatmayıb.
“Kommersant” yazır ki, sürücülərin avtomobillərinin Ukraynanın Rusiya ərazisindəki hərbi aerodromlara qarşı həyata keçirdiyi əməliyyatda istifadə edildiyi iddia olunurdu.
Məhkəmənin son qərarı iş üzrə araşdırmanın istiqaməti baxımından da diqqət çəkir. Rusiya Baş Prokurorluğunun ittihamı təsdiqləməkdən imtina etdiyi barədə də məlumat yayılıb.
Beləliklə, bir müddət əvvəl geniş rezonans doğuran əməliyyatla bağlı istintaqın yeni mərhələyə keçdiyi görünür.
Mövzu Rusiya mediasında Ukrayna ilə müharibə fonunda təhlükəsizlik məsələləri və ölkə daxilində mümkün diversiya riskləri kontekstində müzakirə olunur.
Günel GÜNTAC


