Ermənistan Rusiyadan asılılığı azaltmağa hazırlaşır?

Ermənistan Rusiyadan asılılığı azaltmağa hazırlaşır? İrəvandan diqqətçəkən açıqlama

ELAZ.İNFO xəbər verir ki, Ermənistanda enerji təhlükəsizliyi ilə bağlı yeni müzakirə başlayıb.

Ermənistanın News.am saytı yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Simonyan ölkəsinin təbii qazı mümkün olan bütün mənbələrdən almağa hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan enerji təminatında yalnız bir mənbədən asılı vəziyyətdə qalmaq istəmir.

Açıqlama İrəvanın son illərdə enerji siyasətində şaxələndirmə istiqamətində atdığı addımlar fonunda diqqət çəkir.

Ermənistan üçün əsas məsələ həm qazın qiyməti, həm alternativ marşrutların formalaşdırılması, həm də enerji təhlükəsizliyinin uzunmüddətli təmin edilməsidir.

Bu açıqlamanın Moskva ilə İrəvan arasında münasibətlərin həssas mərhələsində verilməsi isə xəbərin siyasi əhəmiyyətini artırır.

Ermənistan rəsmiləri son dövrdə ölkənin xarici və enerji siyasətində alternativ tərəfdaşların artırılmasının vacibliyini dəfələrlə vurğulayıblar.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın