Masazırda dəhşətli qətl

Masazırda dəhşətli qətl: kişi öldürüldü, həyat yoldaşı saxlanıldı

ELAZ.İNFO xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunan ağır cinayət hadisəsi qeydə alınıb.

Hadisə avqustun 19-da günorta saatlarında Masazır qəsəbəsində baş verib. Polisə 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimovun kəsici-deşici alətlə öldürülməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən mərhumun 1983-cü il təvəllüdlü həyat yoldaşı A. Əliyeva saxlanılıb və istintaqa təhvil verilib.

İlkin məlumatlara görə, hadisədən əvvəl ər-arvad arasında mübahisə baş verib. Lakin münaqişənin hansı səbəbdən yarandığı və qətlin dəqiq motivi hələlik rəsmən açıqlanmayıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.

Faktla bağlı araşdırma davam edir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın