Xırdalanda 31 yaşlı kişi hadisə yerində dünyasını dəyişdi

Xırdalanda 31 yaşlı kişi hadisə yerində dünyasını dəyişdi

ELAZ.İNFO xəbər verir ki, Xırdalan şəhərində gecə saatlarında ölüm hadisəsi baş verib.

Hadisə Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev mübahisə zamanı bıçaq xəsarəti alıb.

Ağır yaralanan 31 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, hadisə ilə əlaqədar mərhuma xəsarət yetirməkdə Ceyhun adlı şəxs şübhəli bilinir. İlkin versiyaya əsasən, insidentdən əvvəl tərəflər arasında mübahisə yaranıb.

Hazırda hadisənin dəqiq səbəbləri və başvermə şəraiti araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın