Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan və Özbəkistan arasında siyasi məsləhətləşmələr keçirildi

ELAZ.İNFO xəbər verir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə Azərbaycan və Özbəkistan xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu Daşkənddə keçirilib.

Görüşdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov rəhbərlik edib.

Tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Eyni zamanda regional və beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın davam etdirilməsi baxımından diqqət çəkir.

Qeyd edək ki, Bakı və Daşkənd arasında son illərdə siyasi, iqtisadi, nəqliyyat və digər istiqamətlər üzrə əlaqələr əhəmiyyətli dərəcədə genişlənib.

İlahə  BAYINDIR

Bizi izləyin və paylaşın