Azərbaycan və Türkiyə arasında su təsərrüfatı sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri bütün sahələrdə olduğu kimi, su ehtiyatlarının idarə edilməsi və su təsərrüfatı infrastrukturunun yenidən qurulması istiqamətində də uğurla inkişaf edir. Bu çərçivədə iki qardaş ölkənin dövlət və özəl sektor nümayəndələri arasında mühüm müzakirələr aparılıb.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyənin nəhəng infrastruktur nəhənglərindən olan “Limak Holdinq” (Limak Holding) şirkətinin fəxri prezidenti Nihat Özdemirin rəhbərlik etdiyi nümayəndə heyəti arasında rəsmi işgüzar görüş keçirilib. Görüşdə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və birgə fəaliyyət imkanları əsas müzakirə mövzusu olub. Görüş çərçivəsində aşağıdakı istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb: “Limak Holdinq” tərəfindən regionda və qlobal miqyasda uğurla həyata keçirilən irimiqyaslı su və su təsərrüfatı layihələri təqdim olunub;

zərbaycan və Türkiyə respublikalarında son illərdə su sektorunun modernləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə və bu sahədə icra edilən genişhəcmli quruculuq işləri barədə təcrübələr bölüşülüb. Müzakirələrin ən mühüm məqamlarından biri də gələcək birgə fəaliyyətin hüquqi və maliyyə əsasları ilə bağlı olub. Belə ki, Dövlət Su Ehtiyatları Agentliyi ilə “Limak Holdinq” arasında müxtəlif müasir maliyyə modelləri əsasında potensial əməkdaşlıq perspektivləri və yeni layihələrin reallaşdırılması imkanları ətraflı şəkildə nəzərdən keçirilib.Bu əməkdaşlıq Azərbaycanda su təhlükəsizliyinin təmin olunması və regional su infrastrukturunun ən müasir standartlara uyğunlaşdırılması işinə böyük töhfə verəcək.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın