ELAZ.İNFO xəbər verir ki, iyulun 2-də Rusiya Ukraynaya böyük raket-dron zərbəsi endirib. Ukraynanın məlumatına əsasən, Rusiya 74 raket və 496 dronla hücum edib.
Ən çox sayda (70 ədəd) reaktiv “Geran”dan istifadə edib (onları antidronlar vura bilmirlər). Zərbələrin çoxu Kiyev şəhərinə endirilib. Çünki hazırda Ukraynanın hərbi sənayesinin 90%-i HHM sistemləri ilə ən yaxşı müdafiə olunan paytaxtda yerləşdirilib.
Ukrayna yazır ki, raketlərin 65%-ni, dronların 96%-ni vurub. Lakin Kiyevdən kadrlara baxanda buna inanmaq olmur (video Kiyevdəndir).
Rusiya müdafiə nazirliyi Kiyevdə vurduğu hədəflərin siyahısını təqdim edib:
“Antonov” zavodu – “Lyutıy” və digər PUA-lar istehsal edir;
“Radioniks” zavodu – “Flamingo”, FP-7 və FP-9, “Neptun-MD” raketləri və “Klon” zenit raketləri üçün idarəetmə sistemləri istehsal edir;
“Atlon-Avia” Elm-istehsalat şirkəti – PUA-lar, ekipajsız katerlər, süzən mərmilər istehsal edir;
Kiyev Radio zavodu – Ukrayna Silahlı Qüvvələrinin, demək olar ki, bütün kəşfiyyat və zərbə dronları üçün nişangahlar, tuşlama cihazları və onların komponentlərini, eləcə də təyyarələr, zenit kompleksləri və REM sistemləri üçün elektronika istehsal edir və modernləşdirir;
“Kiyev-25” müəssisəsi – REM sistemləri istehsal edir;
“MLP-Çayka” nəqliyyat-logistika mərkəzi – PUA, raket və digər sursatlar üçün saxlama bazasıdır (demək olar ki, tam yanıb);
“Kiyev-3” yanacaq və sürtkü materialları anbarı;
Qazpaylama stansiyaları və s.
Kiyevdən başqa Xarkov, Donetsk, Zaporojye, Sumı və başqa vilayətlərindəki Ukrayna obyektlərinə (əsasən loğistika infrastrukturuna) zərbələr endirilib.