ELAZ.İNFO xəbər verir ki, “Qarabağ” -“Vestri” oyununun biletləri sabah saat 15:00-dan etibarən satışda olacaq.
UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” “Vestri” qarşılaşmasının biletləri 3 iyul, saat 15:00-dan etibarən satışa çıxarılacaq.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 AZN, VIP sektorlar: 50, 75 və 100 AZN, VVIP sektorlar: 150 AZN civarında olacaq.
İslam MAHMUDOV


