ELAZİNFO xəbər verir ki, “Qarabağ”ın uzun illər formasını geyinən Abdullah Zubirin Ağdam klubu ilə yolları ayrılıb.
34 yaşlı futbolçu 2018-ci ildən “Qarabağ”ın heyətində çıxış edirdi. Bu müddət ərzində komandanın əsas oyunçularından birinə çevrilən Zubir həm ölkə çempionatında, həm də avrokuboklarda mühüm qarşılaşmalarda meydana çıxıb.
Yeni ünvanı Qətər olacaq
Məlumata görə, təcrübəli futbolçu karyerasını Qətərdə davam etdirəcək. Zubirin “Əl-Şahaniya” klubuna keçməsi gözlənilir.
Zubir “Qarabağ”da keçirdiyi illər ərzində 369 oyunda meydana çıxıb, 79 qol vurub və 96 məhsuldar ötürmə edib.
Onun Ağdam klubundan ayrılması “Qarabağ”ın heyətində yeni mövsüm öncəsi diqqət çəkən dəyişikliklərdən biri kimi qiymətləndirilir.
Məlumata görə fransalı futbolçu bundan sonra karyerasını Qətərdə davam etdirərək yeni komandası ilə yeni mərhələyə qədəm qoyacaq.
İslam MAHMUDOV


