Rusiyanın Premyer Liqasında (RPL) çıxış edən futbolçuların bazar dəyərləri yenilənib. “Transfermarkt” portalının son məlumatına əsasən, liqanın ən dəyərli oyunçuları siyahısına yeni ad liderlik edir.
ELAZ.İNFO xəbər verir ki, Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Batrakov “Transfermarkt” portalının versiyasına görə Rusiya Premyer Liqasının ən bahalı futbolçusu statusunu qazanıb.
“Lokomotiv”in gənc yarımmüdafiəçisi Aleksey Batrakovun hazırkı transfer dəyəri 28 milyon avro olaraq qiymətləndirilir. Siyahıda ikinci pilləni hər birinin dəyəri 25 milyon avro olan iki futbolçu bölüşür. Bunlar Moskva MOİK-nin (CSKA) rusiyalı yarımmüdafiəçisi Matvey Kislyak və “Krasnodar” klubunun ermənistanlı xavbeki Eduard Spertsyandır. RPL-də çıxış edən rusiyalı futbolçular arasında dəyərinə görə üçüncü yeri Moskva “Dinamo”sunun hücumçusu Konstantin Tyukavin tutur. “Transfermarkt” onu 17 milyon avro dəyərində qiymətləndirib ki, bu da liqanın bütün oyunçuları arasında ümumi altıncı mövqe deməkdir. Cəmi 20 yaşı olan Batrakov “Lokomotiv” klubunun yetirməsidir və 2024-cü ildən əsas komandada çıxış edir. O, “qırmızı-yaşıllar”ın heyətində meydana çıxdığı 79 matçda 33 qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Ruslan MƏMMƏDOV
