“L’Equipe” qəzeti PSJ-nin qapıçısı Matvey Safonovu dünyanın ilk 10 qapıçısı siyahısına daxil edib

Fransa futbolunda uğurlu çıxışı ilə diqqət çəkən rusiyalı qapıçının beynəlxalq səviyyədə nüfuzu artmaqda davam edir. Dünyanın ən nüfuzlu idman nəşrlərindən biri onun fəaliyyətini yüksək qiymətləndirib.

ELAZ.İNFO xəbər verir ki, Fransanın məşhur “L’Equipe” qəzeti PSJ-nin rusiyalı qapıçısı Matvey Safonovu dünyanın ən yaxşı 10 qapıçısı siyahısına daxil edib. Bu barədə “Actu Foot” portalı məlumat yayıb. Dünyanın ən yaxşı qapıçıları reytinqində rusiyalı qolkiper Matvey Safonov ilk onluğu qapayaraq 10-cu pillədə qərarlaşıb. Hazırda 27 yaşı olan Safonov 2024-cü ilin yayından Fransa klubunda çıxış edir. O, PSJ ilə birlikdə iki dəfə Fransa çempionu titulunu qazanıb, həmçinin hərəyə bir dəfə ölkə kubokunun və superkubokunun qalibi olub. Bundan əlavə, o, komandası ilə Çempionlar Liqası, UEFA Superkuboku və Qitələrarası Kubokun da qalibi adını qazanıb. Fransa klubuna transfer olunana qədər rusiyalı futbolçu yetirməsi olduğu “Krasnodar” klubunun şərəfini qoruyub. Cari mövsümün əsas qarşılaşmalarından biri çərçivəsində mayın 30-da PSJ Çempionlar Liqasının final matçında İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq. Səbirsizliklə gözlənilən bu görüş Budapeştdə baş tutacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın