Bakı-Tbilisi; hansı sərfəlidir- təyyarə ilə yoxsa qatarla?

ELAZ.İNFO xəbər verir ki, Bakı-Tbilisi istiqamətində hərəkət edəcək qatarların bilet qiyməti ölkədə narazılıqla qarşılanıb. Biletlərin qiymətinin həddindən artıq yüksək olması xalqın haqlı narazılığına gətirib çıxarır. Açılmasını dörd gözlə gözlədiyimiz Bakı-Tbilisi qatarının hərəkət mexanizminin bərpası demək olar ki, peşimançılıq hissləri yaratdı. Bununla bağlı müsahibə götürdük, fikirlər aldıq. Həmin fikirləri Sizə də bildiririk.

İlahə Bayındır -ELAZ.İNFO saytının direktoru: -“Bakı–Qazax marşrutu üzrə hərəkət etmək istəyən hər bir sərnişin öz büdcəsindən orta hesabla 16.20 qəpik ödəyir. Tiflis şəhəri Qazaxın 100-110 km-də yerləşir.

-Digər tərəfdən, Bakıdan Tbilisiyə gedən qatarın bilet qiymətini müəyyənləşdirən qurum görəsən digər ölkələrin də təcrübəsini əsas götürdümü?”

Rəsul Mirhəşimli- Jurnalist: -“Buxarest-Kişinyov sərnişin qatarında biletlərin qiyməti dörd nəfərlik küpe üçün 26 avro, iki nəfərlik kupe ücün 42 avrodur. Şəxsi kupeyə biletlərin qiyməti təxminən 55 avrodur.

Sərnişin qatarının keçdiyi yolun uzunluğu isə təxminən 590 kilometrdir.”

Asif Mərzili -Jurnalist: -“Bakıdan Tbilisiyə təyyarə ilə 1 saat 10 dəqiqəyə- 154 manata, qatarla isə təxminən 8-9 saata- 81 manata! Hansı sərfəlidir? Qatar elektrik enerjisi ilə, təyyarə isə cuper benzinlə işləyir…”

Günel GÜNTAC

Bizi izləyin və paylaşın