ELAZ.İNFO xəbər verir ki, danışıqlardan sonra Rusiya və Çinin birgə bəyanatı imzalanıb. Sənəd çox uzundur və çox məsələləri əhatə edir. Ondan bəzi məqamları diqqətə çatdırmaq istəyirəm:
-Moskva və Pekin arasındakı münasibətlər digər ölkələrə qarşı blok xarakterli deyil.
-Tərəflər qarşılıqlı təhlükəsizliyi təmin etmək və davamlı sülhün təməlini qoymaq üçün BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə, hərtərəfli və qarşılıqlı əlaqədə riayət etməklə Ukrayna böhranının kök səbəblərinin tam şəkildə aradan qaldırılmasının vacibliyinə əmindirlər.
-ABŞ və İsrailin Yaxın Şərqdəki hücumları beynəlxalq hüququn pozulmasıdır və sabitliyi sarsıdır.
-XXI əsrdə beynəlxalq münasibətlər sistemi çoxmərkəzliyə doğru dəyişir.
Rusiya və Çin “yalnız gücün hökm sürdüyü dünyaya” qayıtmağa, eləcə də birtərəfli və ikinci dərəcəli sanksiyalara, diskriminativ gömrük rüsumlarına və digər ticarət məhdudiyyətlərinə qarşı çıxırlar.
-Moskva və Pekin xarici dövlətlərin aktivlərinin və əmlakının bloklanmasını, ələ keçirilməsini və ya müsadirəsini pisləyirlər.
– Tərəflər digər ölkələrə qarşı “xain” hərbi hücumları, danışıqların hücumların hazırlanması üçün pərdə kimi istifadəsini, suveren dövlət liderlərinin öldürülməsini və “milli liderlərin qondarma məhkəmə üçün həyasızcasına oğurlanmasını” pisləyiblər.
-Rusiya “vahid Çin” prinsipinə sadiqliyini bir daha təsdiqləyir, Pekin isə Moskvanın təhlükəsizlik və sabitliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmək səylərini dəstəkləyir və Rusiyanın daxili işlərinə xarici müdaxiləyə qarşı çıxır.
-Hər iki ölkə İkinci Dünya Müharibəsinin tarixini təhrif etmək cəhdlərinə müqavimət göstərməyə davam edəcək.
Asif ŞƏFƏQQƏTOV
